Yunanıstan hakimiyyəti maliyyə böhranından çıxmamış daha bir problemlə qarşılaşıb. Belə ki, bir müddətdir daxildəki çəkişmələrlə ciddi müzakirə mövzusuna çevrilən ölkə solçularının ən böyük partiyası SYRIZA parçalanır.
Baki-xeber.com xəbər verir ki, baş nazir Aleksis Çiprasın partiyasından ayrılan qrup yeni bir sosialist partiyası qurmağa hazırlaşır.
Yeni partiyanın liderliyinə SYRIZA daxilində ölkədəki böhranla bağlı hökumətin addımlarına qarşı əks mövqedə dayanan solçu qrup iddialıdır. Qrupun sözçüsü vəzifəsini yerinə yetirən keçmiş enerji və ətraf mühit naziri Panayotis Lafazanis partiyanın qurulma mərhələsində olduğunu bildirib.