"Əl-Qaidə” təşkilatı özünün keçmiş lideri Üsamə bin Ladenin oğlu Hamza bin Ladenə aid olduğu iddia edilən səs mesajı yayıb.
Bu ilk dəfədir ki, "Əl-Qaidə”nin təbliğat mesajında Hamza bin Laden təşkilatın üzvü olaraq təqdim edilir. "Əl-Qaidə” tərəfdarlarının Tvitterdə paylaşdığı audiomesajda "Hamza bin Laden, ABŞ və onun müttəfiqləri üzərinə hücuma çağırıb”.
Üsamə bin Laden öldürüləndən bəri təşkilata liderliyi rəhbərlikdə ikinci şəxs olmuş Ayman əl-Zəvahiri edir.
Hamza Bin Ladennin hazırda harada olduğu bilinmir. Onun indi 20-25 yaşlarında olduğu söylənir.
2001-ci ildə ABŞ-ın rəhbərliyi altında Əfqanıstana müdaxilənin Əl-Cəzirə tərəfindən yayınlanmış videosunda Hamzanın Taliban sıralarında olduğu görünür.