ABŞ Senatının daha iki demokrat üzvü İran nüvə sazişinə dəstək bildirib. Bu arada Prezident Barak Obamanın tərəfdarları Konqresin sazişi rədd etməməsinə nail olmağa çalışırlar.
Montanadan senator John Tester və Minnesotadan Al Franken ilə birlikdə hazırda sazişə dəstək bildirən Senat demokratlarının sayı 18-ə çatıb. Bu gərəkən 34 səsin yarısından çoxdur.
Respublikaçılar gələn ay Obamaya sazişin əleyhinə qətnamə göndərməyə hazırlaşır, Obama-nın isə həmin qətnaməyə veto qoyacağı gözlənir.