Son günlər Türkiyə silahlı qüvvələrinin PKK-ya qarşı başlatdığı geniş əməliyyatların ardından təşkilatın liderlərindən - Murat Karayılan İrana, Cəmil Bayık isə Suriyaya qaçmaq məcburiyyətində qalıb.
Baki-xeber.com xəbər verir ki, bununla bağlı Türkiyə kəşfiyyatının hesabatında bildirilir. Hesabatında qeyd edilir ki, PKK düşərgələri böyük ölçüdə dağıdılıb. Bombardmanlar nəticəsində Kandil, Hakurk, Zap, Gara, Metina, Haftanin və Avaşin-Basyan düşərgələrinin 80 faizi məhv edilib.