İran Türkiyə ilə sərhəddini bağlayıb. Baki-xeber.com xəbər verir ki, İranla Türkiyə arasındakı ən böyük quru keçid yolu olan Gürbulak- Bazargan sərhəd-keçid məntəqəsi bir tərəfli bağlanıb.
İran yol və şəhər planlaşdırma nazirinin müavini Davud Keşaverziyan dünən İran nömrəli bir yük maşınının Türkiyə torpaqlarında hücuma uğradığı və buna görə sərhəd qapılarının İrandan Türkiyəyə gedən istiqamətinin bağlandığını deyib.
Bunun Türkiyənin istəyilə həyata keçirildiyini iddia edən Keşaverziyan, qapının İran istiqamətinin açıq olduğunu, Türkiyədəki yük maşınlarının İrana keçə biləcəyini qeyd edib.