Üsyançı qruplar və hökumət yönlü qüvvələr Suriyanın 3 şəhərində 48 saatlıq atəşkəsin elan edilməsi üçün razılığa gəliblər, aktivistlər bildirir. Atşkəs saat 03:00-da Livan sərhəddinin yaxınlığında yerləşən, üsyançıların əlində olan Zabadani, Fuaa və İdlib əyalətinin şimal-qərbində olan ordunun nəzarəti altındakı Kafraya şəhərlərində başlayacaq.
Atəşkəs vaxtaşırı mühasirədə olan rayonlara ərzaq və tibbi yardımın edilməsi üçün qərara alınıb.
Xəbər verildiyi kimi, sövdələşmə al-Nusra Cəbhəsinə müttəfiq üsyançılarla Livanda yeləşən Hizbullah qrupu arasında razılaşdırılıb.
Hizbullah qrupu Suriya Prezidenti Bashar al-Assadin müttəfiqidir.
İnsan Hüquqları üzrə Suriya Rəsədxanası aktivist qrupunun bildirdiyinə görə, üsyançı qrupların Zabadanini tək etməsi də danışıqlara daxildir.
Bundan əvvəl üsyançı qüvvələrin Prezident Bashar al-Assadin ələvilər təriqətinin ürəyi olan ölkənin şimal-qərb hissəsində üstünlük qazandığı bildirilib.
Hərbi mənbə bildirib ki, hökumət qoşunları Sahl al-Ghab düzündə yeni müdafiə mövqelərini tutublar.
Ötən ay Prezident Asad Suriya ordusunun əsgər çatışmazlığı ilə üzləşdiyini və buna görə bir neçə rayondan geri çəkildiyini etiraf edib.
Prezident Asadin əleyhinə üsyan 2011-ci ildə başlayıb və 230,000 mindən çox insanın həyatına son qoyub.
Ölkə əhalisinin yarısından çoxu, təxminən 11.5 milyon insan evlərini tərk edib.