Bazar ertəsi Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Adana şəhərində İD-ə üzv üç nəfər Rusiya vətəndaşını saxladığını açıqlayıb.
Şübhəliləri bazar günü saat 11 radələrində Yumurtalık yaşayış məntəqəsində Adana Jandarma Komandanlığı saxlayıb.
Rusiyanın Ankaradakı səfirliyi hadisəni təsdiqləməyib. Səfirliyin sözçüsü İqor Mityakov Sputnik News agentliyinə bildirib ki, hadisə barədə yerli mətbuatdan məlumatlanıb.
Səfirlik Türkiyə rəsmi dairələrindən üç nəfər Rusiya vətəndaşının saxlanılmasına dair "hələlik rəsmi məlumat almadıqlarını” bildirib.