Ukraynanın şərqindəki Donetsk şəhərində ATƏT-in xüsusi monitorinq missiyasına məxsus 4 zirehli maşın yandırılıb. Missiya avqustun 9-da tvitter hesabında yazıb ki, maşınlar gecə missiyanın Donetskdəki iqamətgahında hücuma məruz qalıb. Missiya detalların açıqlanacağını bildirib.
Xüsusi Monitorinq Missiyası avqustun 7-də yaydığı hesabatında Donetsk aeroportunda və ətrafında atəşkəs pozuntularının "ciddi artdığını” bəyan edib.