ABŞ hərbi hava qüvvələrinə aid 8 hərbi təyyarə və personal İŞİD-lə mübarizə çərçivəsində Türkiyənın İncirlik hərbi hava bazasına gəlib.
Baki-xeber.com xəbər verir ki, Pentaqonun yaydığı məlumata görə, altı F-16 döyüş təyyarəsi İncirlik bazasına çatıb. Məlumatda qeyd edilir ki, əməliyyatlara qatılmaq üşün 6 F-16 döyüş təyyarəsi və 2 hərbi təyyarə bu gün Adanadakı bazaya enib.
Təyyarələrin NATO-nun İtaliyadakı Aviano hərbi hava bazasından gəldiyi bildirilir.