Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ Dövlət Katibi Con Kerriyə Suriyada hökümət hədəflərini bombalamamaq barədə xəbərdarlıq edib. Rusiya XİN rəhbəri bunu Rusiya televiziyasına müsahibəsində bildirib.
"Mən ABŞ həmkarlarıma açıq şəkildə bildirdim ki, onlar səhvə yol verib Suriyada hökumət hədəflərinə zərbə endirsələr, bu, ölkədəki vəziyyəti alt-üst edəcək, nəticədə orada vəziyyət nəzarətdən çıxacaq", Lavrov deyib.
Sergey Lavrov xatırladıb kı, Əfqanıstanda Taliban və Əl-Qaidəyə qarşı ABŞ dronlardan istifadə edir, lakin bir çox hallarda həmin zərbələrin hədəfinə dinc əhali, o cümlədən, uşaqlar və qadınlar düşür.
Rusiya XİN başçısının sözlərinə görə, ABŞ Suriya rəhbərliyinə münasibətdə ikili standartdan istifadə edir.