Hollandiya ordusunun güllə ehtiyatlarının tükənməsi ortaya gülünc mənzərə çıxarıb. Baki-xeber.com xəbər verir ki, təlimlər zamanı güllə ehtiyatı bitən minlərlə əsgərin gerçək güllə səsi yerinə "banq banq" deyə qışqıraraq manevr etmək məcburiyyətində qaldığı iddia edilir.
Hollandiya ordusunda yaşanan qalmaqal ordu daxilindəki yazışmalardan bəzilərinin RTL Nieuws TV kanalına sızması ilə ortaya çıxıb.
Yazışmalara görə, gerçək güllələri xaricdə xidmət edən Hollandiya ordusu istifadə etdiyinə görə, ölkə daxilindəki hərbi birliklərdə güllə problemi yaranıb. Məhz buna görə, təlimlərdə əsgərlərə "banq banq" səsləri çıxararaq manevr etmək əmri verilib.