Səudiyyə Ərəbistanı müdafiə naziri Məhəmməd bin Salman Misirə gözlənilmədən səfərə gəlib. Şahzadəni xarici işlər naziri Əbdül əl-Cübeyr müşayət edib.
"Olaylar”ın Türkiyə bürosunun Misir KİV-lərinə istinadən məlumatına görə, Bin Salman Qahirədə prezident Əbdülfəttah əl-Sisi ilə görüşərək danışıqlar aparıb. Danışıqların əsas mövzusu Suriyadaki vəziyyət olub.Görüşdətərəflər arasında Suriya prezidenti Bəşər Əsədin müəyyən şərtlər daxilində hakimiyyətdə qalmasına razılaşdırıldığı verildiyi bildilir. Eyni zamanda Əsədin hakimiyyətdə müvəqqəti qalması məsələsi də müzakirə edilib. Xatırladaq ki, keçən həftə Misirin Dəməşqdəki səfirliyi yenidən fəaliyyətə başlayıb. Səfirliyin Suriya və Misir arasında danışıqların təşkili üçün açıldığı bildirilir. Danışıqların ABŞ-ın təşəbbüsü ilə baş tutduğu deyilir. ("OLAYLAR İA”)