Rusiyalı maqnat Mixail Xadarkovskinin atası Boris Xadarkovski İqtintaq Komitəsində dindirlilib. 82 yaşlı ata avqustun 6-da öz vəkili ilə komitənin baş qərargahına gedib. O, jurnalistlərə açıqlamasında nə barədə sorğu-sual olunacağını bilmədiyini deyib.
Təhqiqat Komitəsi deyir ki, 1998-ci ildə Nefteyuganskin bələdiyə sədri Vladimir Petukovun öldürülməsi işini yenidən araşdırdığını bildirib. Komitə Mixail Xadarkovski barədə yeni dəlillər tapdığını deyib.
Sonradan müflis olmuş "Yukos” neft şirkəti Nefteyuganskda Petukovun ölümü ərəfəsində yerləşməyə başlamışdı.
Mixail Xadarkovskinin aprelin 5-də yaydığı bəyanatda polisin əsl məqsədinin ona və ailəsinə basqı etmək olduğunu bildirib.