Rusiya Federasiya Şurası İqtisadi Siyasət Komitəsi sədrinin müavini Sergey Şatırov Rusiyanın ərzaq embarqosu tətbiq ölkələrin siyahısını genişləndirəcəyini açıqlayıb.
Şatırov siyahıya Ukraynanın da daxil ediləcəyini bildirib. "Olaylar”ın Ukrayna mətbuatına istinadən məlumatına görə, rus diplomat rəsmi Kiyevi Rusiyaya qarşı yalnış siyasət yürütməkdə ittiham edib: "Ərzaq embarqosu Ukraynaya da tətbiq olunacaq. Bu addımın indiyədək atılmaması təəccüblüdür”.
Sergey Şatırov Ukraynanın Rusiyadan çoxlu sayda və müxtəlif ərzaq məhsulları idxal etdiyini deyib. O, eyni zamanda ukraynalı istehlakçıların əsasən rus mallarına üstünlük verdiklərini bildirib. Bundan əvvəl isə, baş nazir Dmitri Medvedyev də Rusiyanın ərzaq embaroqsu qoyduğu ölkələrin siyahısını genişləndirəcəyini açıqlamışdı.