İnternetdə sabiq Liviya lideri Müəmmar Qəddafinin oğlunun - Saadi Qəddafinin həbsxanadan olan görüntüləri yayılıb. Yayılan kadrlarda onun döyüldüyü görünür.
Ölkə prokuroru video ilə bağlı araşdırmalara başlayıb.
Saadi Qəddafi Liviyanı 2011-ci ildə tərk edib, 2012-ci ildə Nigerdə həbs edilərək ölkəsinə təhvil verilib. Saadinin adı bir neçə cinayət işində hallanır.
Müəmmar Qəddafinin ən tanınmış oğlu Saif al-İslam barəsində isə məhkəmə güllələmə hökmü çıxarıb. O hərbi cinayətlərdə və inqilab zamanı dinc nümayişlərə divan tutmaqda ittiham olunub.
Saif al-İslam 2011-ci ildən bəri Zintanta, Tripoli hökumətinə qarşı çıxan keçmiş qiyamçı qrup tərəfindən saxlanırdı.