Türkiyə və Rusiya arasında "Türk axını”nın inşası ilə bağlı hökumətlərarası saziş imzalansa belə, bu saziş hələlik ölkə parlamentində müzakirəyə çıxarıla bilməz. Trend-in "Anadolu” agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.
Nazir bunun səbəblərinə aydınlıq gətirməyib.
O bildirib ki, "Türk axını”nın inşasının ləngiməsinin əsas səbəbi məhz Rusiya tərəfidir.
T.Yıldız həmçinin qeyd edib ki, Türkiyə Rusiyanın birgə paylayıcı qaz şəbəkəsinin yaradılmasına razılıq verəcəyinə ümid edir.