ABŞ dövlət katibi Con Kerri bildirib ki, İranla nüvə sazişi regionda təhlükəsizliyi təmin edəcək. "İranla müqavilənin Misiri və regiondakı bütün ölkələri əvvəlkindən daha təhlükəsiz edəcəyi qətiyyən şübhə doğurmur” - Kerri Qahirədə jurnalistlərə deyib.
Aparıcı dünya dövlətləri və İran keçən ay Vyanada İranın Nüvə Proqramı haqda razılaşma əldə ediblər. Mütəxəssislər deyir ki, bu, Tehran üzərindəki sanksiyaları yumşalda bilər.
Qətərin xarici işlər naziri Khalid al-Attiyah Dohada Kerrinin qarşılanması zamanı deyib ki, İranla nüvə razılaşması "mehriban qonşuluğa” yol açır.
Ərəb dövlətlərinin çoxu İranla müqaviləni müsbət qarşılasalar da, bir neçəsi buna görə narahatlığını ifadə edib. Onlar bu müqavilənin İranı regionda söz sahibinə çevirəcəyini deyirlər. Kerri Qahirədəki çıxışı zamanı deyib ki, Birləşmiş Ştatlar və Misir "İranın bölgədə sabitliyi pozan fəaliyyəti”nin olmasına inanır və ona görə də İran nüvə proqramının tamamilə dinc aparılmasını təmin etməlidir”.
İyulun 14-də Vyanada əldə edilmiş nüvə razılaşmasında İranın nüvə proqramını dondurması, əvəzində ona qarşı beynəlxalq sanksiyaların tədricən aradan qaldırılması nəzərdə tutulur.