Fransanın Vallauris bölgəsindəki ictimai çimərliyin qapadılmasına qarşı 100 mindən çox insan müraciət imzalayıb.
Mirandole çimərliyi Kral Salmanın şəxsi villasının ətəyində yerləşir və Franasa rəsmiləri onun təhlükəsizliyi üçün çimərliyi bağlamağa razılaşmışdı. Tənqidçilərin fikrincə bu addım Fransanın bərabərlik qanununu pozur.
"Reuters”in istinad etdiyi Səudiyyə mənbəsindən verilən məlumata görə isə, bu addım kralın tətil proqramının bir hissəsidir və mediada yayılan xəbərlərlə bağlı deyil. Kralın bu yay villasına geri qayıdacağı məlum deyil.