İnquşetiya Respublikasının Çeçenistanla sərhəddə yerləşən Sunjensk rayonunun Datıx kəndi ərazisində 8 nəfərdən ibarət silahlı qrup zərərsizləşdirilib. APA-nın "İnterfaks”a istinadən verdiyi məlumata görə, artilleriyanın da iştirakı ilə aparılan əməliyyat nəticəsində öldürülmüş yaraqlıların şəxsiyyəti müəyyənləşdirilir.
İlkin məlumata görə, onlar Açxoy-Martan silahlı qrupunun üzvləridir.
Rusiya Milli Antiterror Komitəsindən bildirilib ki, öldürülən 8 yaraqlı İŞİD-ə bağlı olub. Zərərsizləşdirilən silahlılar arasında Adam Tagilovun meyiti tanınıb. O, 2014-cü ildə Qroznıda hökumət strukturlarının binalarına hücumun təşkilində günahlandırılır.