PKK silahlıları tərəfindən həyata keçirilmiş intiharçı hücumu nəticəsində Türkiyə təhlükəsizlik qüvvələrinin 2 əsgəri həlak olub, 31 hərbiçi yaralanıb. Jandarma binasına 2 ton bomba ilə yüklənmiş traktorla intihar hücumu edilib.
Türkiyə mətbuatı xəbər verir ki, partlayıcı maddə ilə yüklənmiş traktor Ağrı vilayətinin Doğubəyazit rayonuna aid Qarabulaq Jandarma binası önündə partladılıb.
Hücum bazar günü səhər tezdən İran sərhədi yaxınlığında, Ağrı vilayətinin Doğubəyazit şəhərində baş verib.
İyulun 24-dən Türkiyə İraqla sərhəd xəttinin hər iki tərəfində PKK bazalarına yüzlərlə hava reydi keçirib.
Anadolu agentliyinin xəbərinə əsasən, traktora 2 tonadək partlayıcı maddə yükləndirilibmiş.
PKK-dan hadisə ilə bağlı şərh verilməyib.