Əfqanıstandakı Talibanın yeni lideri Molla Axtar Mənsur səs yazısı vasitəsilə birliyə çağırıb və qruplaşmanın döyüşlərə davam edəcəyini bildirib. Audio mesajda deyilir ki, döyüşçülər birləşməlidir, çünki "aramızda parçalanma yalnız düşmənlərimizi razı sala bilər”.
O həmçinin bildirib ki, Taliban "ölkədə İslamın bərqərar olmasına qədər cihadı davam etdirəcək”.
30 dəqiqəlik səs yazısı jurnalistlərə Taliban sözçüsü Zabiullah Mujahid tərəfindən şənbə günü təqdim edilib.
Əfqanıstandakı Taliban qruplaşmasının qurucusu Molla Ömərin ölümünün ardından onun davamçısının seçilməsinə dair Taliban Ali Məclisi ilə "məsləhət edilməməsi" narazılığa səbəb olub.
Taliban mənbələri onun müavini Molla Axtar Mənsurun silahlı qruplaşmaya rəhbərlik etmək üçün seçilməsi barədə məlumatı cümə axşamı paylaşıb. Lakin sözçünün BBC-yə bildirdiyinə görə, o "bütün Taliban” tərəfindən təyin edilməyib və bu da Şəriət qaydalarına ziddir. Onun sözlərinə görə indi məclis, yeni lider seçmək üçün, toplantı keçirəcək.
Bəzi Taliban nümayəndələri Molla Mənsurun təyinatında Pakistana yaxın çevrələri günahlandırır. O, sülh danışıqlarının tərəfdarı kimi tanınır.
Ən azı bir Taliban fraksiyası Molla Ömərin davamçısı kimi onun oğlunu görür.