Çeçenistan prezidenti Ramzan Kadırov Ukraynanın şərq bölgələrində Rusiya tərəfdarı terrorçular tərəfində döyüşən bütün çeçen döyüşçülərin evlərinə döndüyünü açıqlayıb.
Baki-xeber.com xəbər verir ki, çeçenlərin əvvəlcədən orada döyüşdüyünü, ancaq indi Donbası tərk etdiyini deyən Kadırov, Ukraynanın xalqına və ordusuna qarşı döyüşən çeçen əsgərləri "könüllü” adlandırıb.
Rusiyanın RİA Novosti xəbər agentliyinə danışan Kadırov, "Atəşkəs elan edildikdən sonra könüllülər evinə geri dəvət edildi: Evinizdə oturun ... İndi orada heç kimin olmaması lazımdır" – deyə bildirib.