"2014-ci ildə Soçi Yay Olimpiya Oyunlarının hazırlanması və keçirilməsi zamanı Fransa, Almaniya, Avstriya, ABŞ və Gürcüstan, eləcə də bir sıra dünya ölkələri ilə birgə olimpiya obyektlərində törədilməsi planlaşdırılan terror hücumlarının qarşısını almağa nail olduq”, - deyə FTX direktoru bildirib.
Beynəlxalq qarşılıqlı fəaliyyət mexanizmləri barədə danışan A. Bortnikov qeyd edib ki, bir sıra ölkələrin, o cümlədən Rusiyanın xüsusi xidmət nümayəndələri Azərbaycanda keçirilən ilk Avropa oyunlarının təhlükəsizliyinin təmin edilməsində iştirak edib: "Bu yaxınlarda Bakıda keçirilən ilk Avropa oyunlarının təhlükəsizliyinin təmin edilməsində bir sıra ölkələrin xüsusi xidmət orqanlarının, o cümlədən Rusiyanın xüsusi xidmət strukturlarının nümayəndələri iştirak ediblər”.