ABŞ və İran Yaxın Şərqdə strateji maraqlara toxunan uzunmüddətli əməkdaşlıq məsələsində razılığa gəlməyəcək.
Bu barədə Trend-ə Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi işçisi, Qafqaz üzrə mütəxəssis, siyasi elmlər doktoru Qordon Xan nüvə razılaşmasından sonra ABŞ və İran əlaqələrinin normallaşdırılması məsələsini şərh edərkən deyib.