Ukraynaya getməyə çalışan bir qrup ABŞ əsgəri Vyanada saxlanıb. Məlumata görə onların çantasında silah aşkarlanıb.
Baki-xeber.com xəbər verir ki, Avstriyanın "Kurier” qəzeti yazır ki, Vaşinqtondan Ukraynaya gedən doqquz amerikalı əsgər üzərlərindəki silahlara görə hər hansı rəsmi bir icazə almadıqları üçün Vyananın Şvexat Beynəlxalq Aeroportunda saxlanıb.
Qəzet yazır ki, sənədlərində də çatışmazlıqların olduğu əsgərlər Vaşinqtona geri dönüb. Bununla yanaşı Avstriya polisi də hadisə ilə əlaqədar araşdırmalara başlayıb.