Pakistanın təhlükəsizlik qüvvələri ölkənin Əfqanıstan sərhədindəki hərbi konvoyuna hücumla əlaqəli 30 terrorçunu öldürüb. "Reuters"in məlumatına görə, hərbçilərə hücum oktyabrın 7-də baş verib. Pakistanın Xeybər-Pahtunva əyalətində baş verən terror aktı nəticəsində 9 əsgər və 2 zabit həlak olub. Qeyd edilir ki, hücuma görə məsuliyyəti Pakistan Talibanı öz üzərinə götürüb.
Mətləb