İrəvanda "Ayağa qalx, Ermənistan" hərəkatı davam etməkdədir. Etirazçılar aksiyanı Amiryan və Koxbatsu küçələrinin kəsişməsində davam etdiriblər. Trend-in News.am saytına istinadən verdiyi məlumata əsasən, polis etirazçıları güc tətbiq edərək qarşılarını alıb və səkiyə tərəf sıxışdırıb.