Türkiyə-Suriya sərhədində, Kilis vilayəti ərazisində "İŞİD” terrorçuları ilə Türkiyə əsgərləri arasında atışma baş verib.
Məlumata görə, Kilisin Əlbəyli rayonu ərazisində, Suriya ilə sərhəddə keşik çəkən türk əsgərlərinə Suriyada "İŞİD”in nəzarətində olan ərazidən atəş açılıb. Nəticədə 1 əsgər şəhid olub, 2-si yaralanıb.
Hadisənin bir qrup "İŞİD” üzvünün Türkiyəyə keçməyə cəhd göstərərkən baş verdiyi, terrorçuların ölkəyə keçməsinə imkan verməyən əsgərlərin iriçaplı silahlardan atəşə məruz qaldığı bildirilir. Türkiyə hərbçilərinin cavab atəşi açdığı və 1 "İŞİD”çinin öldürüldüyü xəbər verilir.
Türkiyə ordusu İŞİD mövqelərini vurmağa başlayıb. Ordu əsasən tanklarla İŞİD mövqelərini atəşə tutub.
Türkiyənin hərbi-hava qüvvələri bölgəyə qırıcı təyyarələr də göndərib.