Rusiya Prezidenti Vladimir Putin İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoniyə ölkə vətəndaşlığı və nazir vəzifəsini təklif edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə İtaliyanın "La Stampa" qəzetinin icmalçısı İlario Lombardo yazıb.
Onun sözlərinə görə, S.Berluskoni "Forza Italia" (İrəli, İtaliya) partiyasının deputatları ilə görüşdə bunu etiraf edib.