Bəyanatda deyilir ki, İran İslam Respublikası (İİR) beynəlxalq təhlükəsizlik tələbi və nüvə silahının yayılmaması ilə bağlı sazişin öhdəliyi kimi nüvə silahının tamamilə məhv edilməsinin zəruriliyini qeyd edir.
Həmçinin qeyd olunur ki, İran bəşəriyyətin nüvə silahı təhlükəsindən xilas edilməsi ilə bağlı bütün beynəlxalq diplomatik və hüquqi tədbirlərdə fəal şəkildə iştirak etmək niyyətindədir.