Avropa Məhkəməsi hər il Rusiyadan minlərlə şikayət qəbul edir.
Rusiya bir sıra işlərlə bağlı Strasburq məhkəməsində uduzub və böyük məbləğdə cərimə ödəməlidir. Bu işlər sırasında keçmiş Yukos neft və qaz şirkəti, eləcə də Çeçenistandan şikayətlər var.
Konstitusiya Məhkəməsinin iyulun 14-də verdiyi qərarda deyilir ki, Rusiya qanunvericiləri xüsusi ədliyyə mexanizmi yarada bilər. Məqsəd Avropa Məhkəməsinin qərarlarının icrası zamanı Rusiya Konstitusiyasının "aliliyini” təmin etməkdir.