Aleksandr Lukaşenko Belarus prezidentliyinə namizədliyinin qeydiyyata alınması üçün sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Trend-in BELTA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə MSK-nın saytı xəbər yayıb.
MSK-nın məlumatına əsasən, A.Lukaşenkonun prezidentliyə namizədliyinin irəli sürülməsi üçün imzatoplama üzrə təşəbbüs qrupunun qeydiyyatı ilə bağlı sənədlər komissiyaya təqdim edilib.