SWIFT beynəlxalq banklararası tranzaksiya sistemi (Society for Worldwide Interbank Financial Telecommunications) İranın iri özəl banklarından biri olan "Iran’s Day Bank"a tətbiq etdiyi sanksiyaları aradan qaldırıb.
"APA-Economics”in xəbərinə görə, bu barədə İranın "Iran News” nəşri məlumat verib.
Məlumata əsasən, bu gündən etibarən bank SWIFT-dən istifadə edərək əməliyyatlar apara biləcək.
Xatırladaq ki, Avropa İttifaqı tərəfindən İrana qarşı tətbiq olunan sanksiyalar nəticəsində 2012-ci ilin əvvəlindən etibarən SWIFT İran bankları ilə əməkdaşlığa son qoyub. Bunun nəticəsində İranda 30 kredit təşkilatı dünya bank sistemindən təcrid olunub.