Terror təşkilatı İŞİD Misirdə dünyanı sarsıdacaq plan hazırlayır. Bu dəfə Misirin ən qiymətli tarixi mirası Giza ehramlarının, piramidaların İŞİD təhdidi altında olduğu bildirilir.
Baki-xeber.com xəbər verir ki, misirli İŞİD dəstəkçiləri Sinaya hücumun ardından Qahirə, Gizanı hədəf alacaq. Yaraqlıların hədəfləri arasında Böyük Sfinks və Piramidalar da var.
İŞİD lideri Bağdadi də tez-tez tarixi abidələrin məhv edilməsinin dini bir vəzifə olduğunu bildirir. Misirli İŞİD dəstəkçiləri də Misirin tarixi irsinin Allaha qarşı çıxmaq mənasına gəldiyini düşünür.
Ümumiyyətlə bu cür radikal təşkilatlar bu günə qədər Əfqanıstanda, İraqda və Suriyada hətta UNESCO siyahısına daxil edilmiş tarixi abidələri belə hədəf alaraq yerlə yeksan ediblər. Son vaxtlar İŞİD ələ keçirdiyi Pamiradakı Roma xarabalıqlarını qorumaq sözü vermişdi və bölgədə bir neçə orta əsr məbədini partlatmaqla kifayətlənmişdi. Bura da yağmalanan əsərlər yox edilməsə də oğurlanaraq satılır.