ABŞ prezidenti Barak Obama Pentaqonda İŞİD-lə mübarizə ilə bağlı açıqlama verərkən qalmaqal yaradacaq bir ifadə işlədib.
Baki-xeber.com xəbər verir ki, Obama Müdafiə naziri Eşton Karter və Baş qərargah rəisi Martin Dempseyin də qatıldığı 35 milli təhlükəsizlik rəsmisi ilə yığıncaqda əvvəl İŞİD-in Suriya və İraqın böyük bir qismini ələ keçirdiyini vurğulayıb.
Pentaqonun İraq ordusu və digər silahlı birləşmələrə verilən təlimlərindən danışarkən Obama "İŞİD qüvvələrinə verdiyimiz təlimləri sürətləndirəcəyik. Anbar vilayətindəki sünni tayfalardan çıxan könüllülər də bura daxildir" ifadəsini işlədib.