Rusiya prezidenti Vladimir Putin Ufada keçirilən BRICS (Braziliya, Rusiya, Çin, Hindistan və Cənubi Afrika) zirvəsində ticarətdə dollardan imtina edilməsini təklif edib.
Baki-xeber.com xəbər verir ki, Moskvanın Pekinlə milli valyutalarla ticarətə başladığını xatırladan Rusiya lider "Rusiya və Çin rubl-yuan ticarətinə başladı. Bunun Hindistan, Braziliya və Cənubi Afrika ölkələri ilə də edilə biləcəyini düşünürəm. Bu ölkələr arasında ticarət həcminin artmasına əhəmiyyətli dərəcədə təsir edəcək..." – deyə bildirib.