Wikileaks sənədləri bildirir ki, MTA əməkdaşları hazırki kansler Angela Merkel və onun sələfləri Gerhard Şröder və Helmut Kolu dinləyib.
Almaniya hökuməti bildirib ki, İnternetdə yayılmış informasiyanı yoxlayır. İndiyə qədər mediada xanım Merkelin dinlənilməsi barədə məlumatlar yayılsa da, digər kanslerlər barədə belə informasiya yox idi. Həmin vaxtdan etibarən, iki ölkə arasında xüsusi xidmət orqanlarının münasibətləri gərgindir. Hərçənd ki, bir az əvvəl Almaniyada kanslerin dinlənilməsi ətrafında açılan cinayət işi sübut çatışmazlığından sonlandırılmışdı.