"Vaşinqtonun ikitərəfli münasibətlərdəki gərginliyi süni şəkildə gücləndirməsi bizi narahat edir”. APA-nın "İnterfaks”a istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.
"Süni şəkildə düşmənçilik atmosferinin yaradılmasından narahatıq. Bunun Rusiyanın atdığı addımlarla heç bir əlaqəsi yoxdur”, - deyə o vurğulayıb.
Nazir onu da əlavə edib ki, Rusiya təhlükəsi ilə bağlı Vaşinqtondan gələn bəyanatlara Moskvada sakit yanaşırlar.