Türkmənistan Rusiyanın Qazprom şirkətinin ilin əvvəllərindən qazpulunu ödəməmədiyini bildirir.
Türkmənistanın neft və qaz nazirliyinin iyulun 8-də yaydığı bəyanatda bunun qlobal iqtisadi böhran və Rusiyaya qarşı tədbiq edilmiş beynəlxalq sanksiyalarla bağlı olduğu bildirilir.
Qazprom hələlik məsələyə münasibət bildirməyib.
Qazprom son illər Türkmənistandan illik 10-11 milyard kub metr qaz alır.