Etirazçıların liderlərindən olan David Sanasaryan da aclıq aksiyasını davam etdirir. O, dünən polis tərəfindən saxlanılarkən xəsarət alaraq xəstənaya yerləşdirilmişdi.
Etirazçılar tələbləri uğrunda mübarizəni hansı formada davam etdirmək məqsədilə cümə axşamınadək həmfikirlərinin ideyalarını dəyərləndirəcəklər.
Qeyd edək ki, iyunun 19-da Irəvanda elektrik enerjisi tariflərinin 16 faiz bahalaşmasına qarşı başlamış etiraz aksiyaları indiyədək davam edir.