Rusiyanın şimalında - Komi Respublikasının Vorkuta şəhərinə qar yağıb. Baki-xeber.com xəbər verir ki, iyul ayında gözlənilmədən qar yağması və havaların soyuması bələdiyyə işçilərini hərəkətə gətirib. Vorkuta bələdiyyəsi mərkəzi sistemlə isidilən evlərdə qızdırıcıların yandırılması talimatı verib.
Rus mütəxəssisləri soyuq havanın qonşu Şimal Qütbündən gəldiyini və təxminən 1 həftə davam edəcəyini bildirir. Gözlənilmədən qar yağışına görə şəhərdə əvvəlcədən planlaşdırılan yay proqramları da ləğv edilib.