İngiltərənin paytaxtı Londonda parlament binasının yaxınlığında kürəyində İŞİD terror təşkilatının bayrağı ilə gəzən bir nəfər ölkədə ciddi mübahisəyə səbəb olub.
Baki-xeber.com xəbər verir ki, polis tərəfindən saxlanan sözügüdən şəxs dindirilib, ancaq "heç bir qanunu pozmadığı üçün" sərbəst buraxılıb. Polisin onu sərbəst buraxması isə ölkədə ciddi etiraza səbəb olub. Sosial mediada minlərlə adam buna sərt reaksiya verib.