Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı da ABŞ və Avropa iqtisadiyyatı kimi sanksiyalar rejiminə öyrəşməyə başlayıb.
Rektor bildirib ki, rublun yarım dəfə devalvasiyası baş verdi və rublla əlaqəsi olan MDB ölkələrinin valyutaları da buna reaksiya göstərdi: "Azərbaycanın milli valyutasının 34 faiz devalvasiyası iki ölkə iqtisadiyyatının sıx əlaqəsinin göstəricisidir”.
Y.Kuzminov bildirib ki, ötən ilin sonu və bu ilin əvvəlində Rusiya ÜDM-nın 3 faiz aşağı düşməsi ilə bağlı proqnozlar son dərəcə bədbin proqnozlardır ki, bu da özünü doğrultmadı.
Rektor hesab edir ki, 2016-cı ildə inflyasiyanın böhrandan öncəki səviyyəsinə - 6-7 faizədək - düşəcəyi gözlənilir ki, bu da əsas istehsalçıların planlarının sabitləşməsini mümkün edir.