Finlandiya Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinə viza verməkdən imtina edib. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Finlandiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Vesa Hyakinen deyib.
O bunu rusiyalı siyasətçinin Avropa İttifaqının sanksiya siyahısında olması ilə əlaqələndirib. "Yekun qərar qəbul olunanadək Aİ-nin digər ölkələri, Aİ və ATƏT rəhbərliyi ilə məsləhətləşdik”, - deyə o vurğulayıb.
Diplomat onu da əlavə edib ki, Narışkinlə yanaşı daha 5 rusiyalıya Finlandiyaya giriş yasaqlanıb.
Kreml də Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinə Finlandiyanın viza verməməsini şərh edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Finlandiyanın Sergey Narışkinə AŞPA Parlament Assambleyasının sessiyasında iştirak etmək üçün viza verməkdən imtina etməsinin qəbuledilməz olduğunu söyləyib. O, Rusiya Xarici İşlər Nazirliyinin buna öz qiymətini verəcəyini bildirib: "Biz bunu qəbuledilməz hesab edirik. Lakin buna ixtisaslaşmış orqan tərəfindən qiymət verilməlidir ki, bunu da XİN edə bilər”.
Qeyd edək ki, Narışkin iyulun 5-dən 9-dək Helsinkidə keçiriləcək ATƏT Parlament Assambleyasının sessiyasında iştirak etmək niyyətində olub.