Fransanın Lion şəhəri yaxınlığındakı zavoda güman edilən islamçı hücumu zamanı bir nəfərin başının kəsildiyi və ən azı bir nəfərinsə yaralandığı deyilir.
Hava Məhsulları zavodunda bir neçə kiçik partlayışların baş verdiyi də bildirilir.
Hücum etdiyi iddia olunan şəxsin əlində islamçı bayrağın olduğu bildirilir və bayraq yaxınlıqda tapılıb. Rəsmilər hücum edən şəxsin yaxalandığını deyirlər.