F.Olland Brüsseldə Aİ-nin sammitinin birinci günündə jurnalistlərə bildirib ki, öhdəliklərin qəbul edildiyi tarixdən (2013-cü il noyabr) etibarən belə bir hal baş veribsə, onda bu, Fransa-Amerika münasibətlərinə hörmətsizlikdir.
Qeyd edək ki, çərşənbə axşamı WikiLeaks portalında dərc olunan sənədlərə əsasən, ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) Fransa prezidentləri Jak Şirak, Nikola Sarkozi və Fransu Olland da daxil olmaqla yüksək rütbəli fransa rəsmilərini izləyib. Fransa mətbuatının əldə etdiyi məlumatlara əsasən, Fransa prezidentləri 2006-2012-ci illərdə izlənilib.