Parlament binası önündə törədilən partlayış nəticəsində 5-i qadın, 3-ü uşaq olmaqla, ümumilikdə 21 mülki şəxs yaralanıb. Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sediq Sediqi məlumatı təsdiqləyib. Ərazi polis tərəfindən mühasirəyə alınıb.
Hücuma görə məsuliyyəti "Taliban” öz üzərinə götürüb.