"Donbasda Rusiyaya birləşmə ilə bağlı birmənalı əhval-ruhiyyə görmürəm. Moskva ümumiyyətlə Ukraynanın parçalanmasında maraqlı deyil”. APA-nın məlumatına görə, bunu "RBC”yə müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
"Donetsk və Luqansk Rusiyaya birləşmə ilə bağlı referendum keçirməyiblər. Düşünürəm ki, bu həm də siyasi nöqteyi-nəzərdən doğru olmazdı. Siyasi nöqteyi-nəzərdən heç kim Ukraynanın dağılmasında maraqlı deyil. Krım isə ayrı söhbətdir. Orada xalq rusların susdurulması cəhdlərinə cavab verib”, - deyə o vurğulayıb.
Lavrov bəyan edib ki, ABŞ Rusiya ilə ünsiyyətin bərpası üçün yollar axtarmağa başlayır. O bildirib ki, ölkəsi bunun əleyhinə çıxmayacaq.
"Ünsiyyət kanallarını onlar bağlayıblar, indi isə yavaş-yavaş bu kanalların bərpası üçün imkanlar axtarırlar. Biz buna qarşılıq verəcəyik. Əgər onlar ünsiyyət kanallarının açılmasını təklif etsələr, cavabımız müsbət olacaq”, - deyə o vurğulayıb.