Gürcüstan paytaxtında güclü leysan yağışından sonra daşqına məruz qalmış zooparkdan qaçan pələng media xəbərlərinə görə adam öldürüb.
Bundan əvvəlki xəbərlərdə Tiflisdə insana şirin hücum etməsi güman olunmuşdu. Vəhşi heyvanın axtarışına polis qüvvələri göndərilib.
AFP bildirir ki, adama hücum etməkdən əvvəl pələng yaxınlıqdakı anbarda gizlənibmiş. O da bildirilir ki hücumdan sonra pələng öldürülüb.
Daşqın nəticəsində Tiflis zooparkında yüzlərlə heyvanın saxlandığı ərazini su örtüb, təbii fəlakətdən xilas olunmaq üçün çoxlu sayda heyvan zooparkdan qaçıb. Daşqından sonra Tiflis küçələrində şir, begemot və ayıların qəzdiyi nəzərə çarpıb. Bu səbəbdən sakinlərə evlərindən bayıra çıxmamaq və vəhşi heyvanlara yaxınlaşmamaq məsləhət görülüb.
Bu arada Gürcüstan paytaxtında daşqından sonra təmizlik-bərpa işləri davam etdirilir.
Təbii fəlakət nəticəsində 17 nəfər həlak olub, daha 5 nəfər itkin düşmüş sayılır.