Əl-Qaidənin Yəməndəki bölümü videoyazı yayaraq Nasir əl-Vuhəyşi adlı rəhbərinin ABŞ-ın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində həlak olduğunu təsdiqləyib.
Bundan əvvəl ABŞ-ın CNN televiziya kanalı Nasir əl-Vuhəyşinin qaldığı güman edilən əraziyə pilotsuz təyyarə vasitəsilə zərbə endirilib.
Nasir əl-Vuhəyşi Əl-Qaidədə əhəmiyyətinə görə ikinci şəxs sayılıb.
O, təşkilatın keçmiş lideri Üsama bin Ladenin köməkçisi olub, 2007-ci ildən isə Əl-Qaidənin Yəməndəki təşkilatına rəhbərlik edib.
ABŞ-da əl-Vuhəyşi 2009-cü ildə təyyarə göyərtəsində alınmamış partlayış cəhdinin hazırlanmasına görə məsuliyyət daşıyan şəxs sayılır.